Tehran pilotsuz uçuş aparatları ilə bağlı ABŞ-ı təkzib etdi

   Tehran pilotsuz uçuş aparatları ilə bağlı ABŞ-ı təkzib etdi
  19 İyul 2019    Oxunub:1799
"İranın Fars körfəzində və Hörmüz boğazındakı bütün pilotsuz uçuş aparatları bazaya zərər almadan qayıdıblar".
Azvision.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfəzl Şəkərçi deyib. Bundan öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ HDQ gəmisi Hörmüz boğazında İrana məxsus PUA -nı vurub.
“Trampın boş boğaz bəyanatlarına baxmayaraq, Fars körfəzində və Hörmüz boğazında missiyasını yerinə yetirən İrana məxsus bütün pilotsuz uçuş aparatları bazaya qayıdıb”, - deyə Şəkərçi bildirib.

İran XİN-in rəhbəri Cavad Zərif isə öz növbəsində bu barədə məlumatının olmadığını deyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti