FETÖ əməliyyatı - TRT-nin 6 əməkdaşı saxlanıldı

 FETÖ əməliyyatı -  TRT-nin 6 əməkdaşı saxlanıldı
  18 İyul 2019    Oxunub:2245
Türkiyə Baş prokurorluğu Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi görüntülərinin TRT-də yayımlanması ilə bağlı istintaq çərçivəsində əməliyyat keçirib.

Azvision.az “Hürriyət” -ə istinadən xəbər verir ki, polis prokurorluğun təlimatı ilə FETÖ üzvləri olduğu iddia edilən 6 TRT işçisini nəzarətə götürüb.
Bildirilir ki, onlardan 5-i kanalın hazırki , 1-i isə keçmiş əməkdaşıdır.

Qeyd edək ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da adının verildiyi Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: FETÖ   TRT  





Xəbər lenti