Türkiyədə 5 terrorçu saxlanıldı

Türkiyədə 5 terrorçu saxlanıldı
  18 İyul 2019    Oxunub:1404
Türkiyənin Mardin vilayətində terror aktının qarşısı alınıb. Xüsusi əməliyyat zamanı PKK terror təşkilatının 5 üzvü həbs olunub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazidə terrorçulara məxsus hazır vəziyyətə gətirilmiş 40 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.

Saxlanılan terrorçuların adları hələ ictimaiyyətə açıqlanmayıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Terror   Türkiyə  





Xəbər lenti