Zelenski aeroport direktoru ilə mübahisə etdi - Video

 Zelenski aeroport direktoru ilə mübahisə etdi -   Video
  17 İyul 2019    Oxunub:3598
Ukrayna prezidenti Vladimir Zelenski Nikolayev şəhərinə səfəri zamanı hava limanının müdiri Feodor Barna ilə mübahisə edib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mübahisə yeni hava limanı terminalının inşası, bunun üçün lazım olan vəsaitin məbləği və iş vaxtı müzakirə olunan zaman baş verib.

"Siz bizə kömək etmək istəyirsiniz, yoxsa hər kəsin qarşısında danlamaq?",-deyə Barna Ukrayna prezidentindən soruşub.

Bu sualdan əsəbiləşən Zelenski "Hamısı kimdir? Sonrasını özünüz həll edin, getdik".

Bundan sonra direktor üzr istəyib, bildirib ki, prezident gəlmişkən kömək xahiş etmək istəyib. Daha sonra söhbət yüksək səslə davam edib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti