Minskdə bayram atəşfəşanlığı: 1 ölü, 10 yaralı

Minskdə bayram atəşfəşanlığı:  1 ölü, 10 yaralı
  04 İyul 2019    Oxunub:1913
Belarusun paytaxtı Minskdə Müstəqillik günü münasibəti ilə təşkil olunan atəşfəşanlıq nəticəsində 10-a yaxın insan yaralanıb, bir qadın isə həlak olub,
Azvision.az xəbər verir ki, bu barədə Belarusun İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı yaxınlıqda yerləşən binlar və tikililərə ziyan dəyib.

Şahidlər bildiriblər ki, insanlar mərmilərin qəlpələrindən və evlərin sınan şüşələrinin qırıtılarından yaralanıblar. Belarusun Səhiyyə Nazirliyi 8 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Belarus   Atəşfəşanlıq  





Xəbər lenti