“Əkrəmin anasını “Ləyyah” çağırırdılar”
Kənd ziyalısı Vidadi Quluyev Əkrəmin uşaqlıqda ciddi problemlər yaşadığını, psixoloji cəhətdən sarsıntı keçirdiyini deyir. Bu sarsıntının səbəbi isə onun eməni kökənli olduğunu öyrənməsindən sonra ortaya çıxıb. Əkrəm üşaqlıqda tez-tez erməniləri müdafiə edirmiş. Uşaqlar bir-birinə zarafatla “ay erməni...” deyəndə tez, “Əəə... Nə olub ermənilərə?”,- deyə cavab verirmiş. Uşaqlar da böyüklərdən eşitfikləri tərzdə “Ermənilər bizim düşmənimizdir. Odeeey, Yaycılıları o vaxt qırıb Araza töküblər... Bir də ermənilərdən it qoxsu gəlir”,- deyirmişlər. Mübahisə hətta davaya qədər çıxırmış.
Vidadi müəllim deyir ki, buna görə də kəndin uşaqları Əkrəmi həmişə döyürdülər. O da daşa qaçırdı. Yəni uşaqları daşlayırdı. Bir dəfə Fatma arvadın nəvəsi Tofiqi daşlamışdı, Fatma arvad onu “ay ermənidən əmələ gələn kopoyoğlu...”,- deyə söydü. Sonra hamı ona zaraftla “erməni dığası” deyirdi. O da bir dəfə cavab verdi ki, “ həə, nə olsun?”
Deyirdi ki, “kənddə yaşayan və İrəvandan Əylisə gəlin gələn Anuşa xala bizim qohumdur”.
Bəzi qocalar isə Əkrəmin anasının kökünün Ələhi kəndindən olduğunu, bir təfəininsə erməni olduğunu danışırdılar. Bu məlumatı bizə kimliyinin açıqlanmasını istəməyən mənbələr də təsdiqlədi. Əkrəmin anasının adını isə “Ləyyah” deyə çağırırmışlar. Azərbaycanlılarda belə ad olmadığı üçün onun ad, yoxsa ayama olduğu dəqiq bilinmir. Amma Fatma arvadın məhz bu ada görə Əkrəmi “erməni dığası” adlandırması dəqiqdir.
Əylisdə hamıya yuxarıdan-aşağı baxdığı üçün Əkrəmin kənddə o qədər də hörməti yoxdur: “Sadəcə, Əylisin adını özünə təxəllüs götürdüyü üçün hamı xətrini istəyirdi. İndi isə bu əsəri ilə onu yerə vurdu”.
Əkrəm kənndə olan ata evini bəyənməyib. Ordubaddan millət vəkili seçiləndə dövlət hesabına ona yaxşı bir ev də tikilib. Kəndə istirahət üçün gələndə çoxlu içirmiş. Həmişə də deyirmiş ki, “Mənə köhnə dostlarımın, ermənilərin çox sevdiyi “tutovka” gətirin”.
Səməd Canbaxşıyev
Naxçıvan