44 yaşlı erməni kasıb olduğuna görə intihar etdi

  18 İyun 2019    Oxunub : 826
44 yaşlı erməni kasıb olduğuna görə intihar etdi
Ermənistanda 44 yaşlı kişi intihar edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, 3 azyaşlı uşaq atası olan şəxsin meyiti Şirak rayonunun kəndlərindən birində körpüdən asılmış vəziyyətdə tapılıb. Həmkəndlilərinin sözlərinə görə, özünə qəsd edən kişi maddi problemlərdən əziyyət çəkib.

O, hadisə baş verən gün yaxınlarından birinin dəfn mərasimində iştirak edib, sonra oradan uzaqlaşıb. Ailə üzvləri onun meyitini körpüdən asılmış vəziyyətdə tapıblar.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   İntihar   Kasıb