Mişel Platini həbs edildi

 Mişel Platini həbs edildi
  18 İyun 2019    Oxunub:3768
UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, o, korrupsiya əməlində şübhəli bilinir.

Məlumata əsasən, Mişel Platini futbol üzrə 2022-ci il Dünya Çempionatının keçirilmə məkanının Qətərə verilməsi prosesində edilən qanunsuz və saxtakarlıqlar səbəbiylə nəzarətə alınıb.

Qeyd edək ki, Platini 2002-ci ildən UEFA-nın və FİFA-nın İcrayə Komitəsinin üzvü olub. Bu illər ərzində UEFA və FİFA-da müxtəlif rəhbər vəzifələri tutub. 2006-cı ildə FİFA-nın Texniki-Tərəqqi Komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb. Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında qurumun prezidenti seçilib. O, 2015-ci ilədək UEFA-ya rəhbərlik edib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: UEFA   Platini  





Xəbər lenti