829 min nəfər Putinə sual vermək istəyir

  18 İyun 2019    Oxunub : 1235
829 min nəfər Putinə sual vermək istəyir
İki gün sonra - iyunun 20-də Rusiya prezidenti Vladimir Putinlə canlı yayıma qoşulmaq üçün 800 mindən çox müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə "Россия 24" telekanalı məlumat yayıb.

Məlumata əsasən, prezidentlə canlı yayıma qoşulmaq üçün 829 593 müraciət daxil olub. Müraciətlərdən 486 252-i telefonla, 236 546-ı sms və ya mms-lə, 34 300-ü isə sayt vasitəsilə edilib. Bundan əlavə, 41 562 müraciət mobil tətbiqlə, 30 933 müraciət sosial şəbəkələrlə göndərilib.

Qeyd edək ki, Putinlə canlı yayım 20 iyun tarixində Moskva vaxtı ilə saat 12:00-da başlayacaq.

2018-ci ildə Rusiya prezidentinin canlı yayımı 4 saat 20 dəqiqə davam edib. Həmin vaxt 2 milyona yaxın müraciət daxil olub, Putin onlardan 73-nü cavablandırıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Rusiya   Vladimir-Putin   Canlıyayım