Polşada mədəniyyətimiz işıqlandırıldı

  20 Noyabr 2013    Oxunub : 776
Polşada mədəniyyətimiz işıqlandırıldı
Polşada "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında kitablar nəşr olunub.
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi ilə əlaqədar müxtəlif seriyalar üzrə 50 adda kitab nəşr olunmaqdadır.

AzVision.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, Azərbaycan xalqının min illərə dayanan əvəzolunmaz mədəni irsini Polşada tanıtmaq məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında Kübra Əliyevanın "Azərbaycanın xalça sənəti", Zemfira Səfərova - "Azərbaycan musiqi sənəti", Nərminə Tağıyeva - "Azərbaycanın bədii parçalar və tikmələri", Sevil Sadığova - "Azərbaycanın milli geyim nümunələri", Sevil Sadığova - "Azərbaycan zərgərlik nümunələri", Rasim Əfəndiyev, Ertəgin Salamzadə - "Azərbaycan incəsənəti" kitabları nəşr olunub.

Qeyd olunan kitablar Polşanın bütün mərkəzi kitabxanalarına və əsas universitetlərinə göndərilib.

Teqlər: