Bakıda hindistanlı öldürüldü

Bakıda hindistanlı öldürüldü
  09 Mart 2013    Oxunub:1513
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Bu gün səhər saatlarında Bakının Xətai rayonu ərazisində Hindistan vətəndaşı qətlə yetirilib. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən Anspress-ə verilən məlumata görə, Nəcəfqulu Rəfiyev küçəsi 17 ünvanında 35 yaşlı hindistanlı Bemrut Kumar Çadri qətlə yetirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Meyitin tibbi ekspetrizaya göndərildiyi bildirilir. Qeyd edək ki, qətlə yetirilən Bemrut Kumarın tələbə olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.




Teqlər:





Xəbər lenti