Bu da yeni Facebook - FOTOLAR, VİDEO

Bu da yeni Facebook - FOTOLAR, VİDEO
  09 Mart 2013    Oxunub:2202
Facebook-un yenilənmiş dizaynı ötən gün şirkət rəhbəri Mark Zukerberq tərəfindən təqdim olunub.
Yeni dizayn özünü əsasən xəbər lentindəki dəyişikliklərdə göstərəcək. Bundan əlavə yeni lentdə vizual elementlərin də böyüdüləcəyi bildirilib. Artıq istifadəçilər özləri hansı xəbərləri görmək, hansı dostlarının status və şəkilləri ilə tanış olmaq istədiklərinə özləri qərar verəcək.

Lentin yeni formatı veb-versiyanın istifadəçiləri üçün artıq martın 7-dən istifadəyə verilib. Mobil versiyanın dizaynı isə bir neçə həftədən sonra hazır olacaq.

Zukerberrqin sözlərinə görə, xəbər lentinin yenilənməsinin zəruriliyi istifadəçilərin dəyişmiş tələblərindən irəli gəlir. Belə ki, 2013-cü ilin yanvarında istifadəçilərin lentlərində olan xəbərlərin 50%-ni şəkillər təşkil edib, 2011-ci ilin noyabrında isə bu göstərici 25% təşkil edirdi.

Qalereya




Teqlər:  





Xəbər lenti