"Qadınların yüksəlişi" filminin nümayişi oldu
AzVision.az Trend-ə istinadən xəbər verir ki, filmin nümayişindən öncə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qeyd edib ki, bu filmdə əsas ismarış hər bir gənc xanıma özünün bütün potensialını gerçəkləşdirmək imkanı verilməsinin əhəmiyyətini vurğulamaqdır: "ABŞ dünyanın hər bir yerində qadınların hüquqlarının təmin olunması işini fəal şəkildə dəstəkləyir".
"Qadınların yüksəlişi" ruhlandırıcı bir film olaraq, doqquz fərqli ölkədən olan qeyri-adi qızların həyatından bəhs edir. Filmin rejissoru Akademiya mükafatı almış Riçard Robinzdir. Film insan ruhunun, həmçinin təhsilin dünyanı necə dəyişdiyini nümayiş etdirir.
Teqlər: