Qanunsuz dini təbliğat aparan 151 nəfər məsuliyyətə cəlb olunub

 Qanunsuz dini təbliğat aparan 151 nəfər məsuliyyətə cəlb olunub
  28 Fevral 2019    Oxunub:3306
2018-ci ildə "Dini etiqad azadlığı haqqında" qanuna zidd olaraq təbliğat apardıqları üçün 200 nəfər polis orqanlarına aparılıb, onlardan 151 nəfəri inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev məlumat verib.
DİN rəsmis bildirib ki, bu şəxslərdən 14 nəfəri inzibati həbs edilib, 43 nəfəri 62 min manat məbləğində cərimə ödəyib. "Həmin şəxslərdən 14 nəfər barədə materiallar təhqiqat xidmətində rədd edilib, 30 nəfər azyaşlı barədə materiallar baxılması üçün inzibati komissiyalara göndərilib".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİN  





Xəbər lenti