İstanbulda bina uçqununda ölənlərin sayı artıb - FOTO

İstanbulda bina uçqununda ölənlərin sayı artıb -    FOTO
  09 Fevral 2019    Oxunub:2479
Türkiyənin İstanbul şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazirin sözlərinə görə, uçqun altından 14 nəfər xilas edilib. Onlardan 7-si reanimasiya şöbəsindədir.

Xatırladaq ki, fevralın 6-da İstanbulda 7 mərtəbəli yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqunun hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.





Azvision.az



Teqlər: Türkiyə   İstanbul   Uçqun  





Xəbər lenti