Putin 9 generalı işdən çıxardı

  Putin 9 generalı işdən çıxardı
  08 Fevral 2019    Oxunub:2157
Rusiya prezidenti Vladimir Putin güc strukturlarında çalışan 9 generalı vəzifəsindən azad edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq sərəncam imzalayıb.

İşdən çıxarılanlar arasında general-leytenant Sergey Didenko (Rusiya FHN-in Sibir regional mərkəzinin rəisi), general-mayor İrina Zeybert (Rusiya İstintaq Komitəsi sədrinin baş köməkçisi), general-mayor Aleksandr Kuznetsov (DİN-in Krasnoyarsk əyaləti üzrə Baş İdarəsinin rəis müavini) və general-mayor Vladimir Nikitiyev (Cəzaların İcrası Federal Xidmətinin Kirov əyaləti üzrə rəisi) də var.

Azvision.az



Teqlər: Putin   General  





Xəbər lenti