“Vətənimizə, bayrağımıza uzanan əlləri qırarıq” - Ərdoğan

“Vətənimizə, bayrağımıza uzanan əlləri qırarıq” -  Ərdoğan
  08 Fevral 2019    Oxunub:2735
“Türkiyənin maraqlarına, nailiyyətlərinə və böyük Türkiyə hədəfinə qarşı qurulan hər bir tələni pozacağıq”

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət meydanında xalqa müraciət edərkən deyib.
“100 il əvvəl Sivasda söylədiklərimizi bu gün eyni yerdən təkrar edirəm: vətənizmizə, bayrağımıza, müstəqilliyimizə uzanan hər əli qırarıq. Vətənimiz, bayrağımız, dövlətimiz, millətimiz, müstəqilliyimiz bizim namusumuzdur, şərəfimizdir. Hazırda Cümhur İttifaqımızın iki ayağı var – Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası. Bu İttifaqın içində başqa partiya yoxdur. CHP, HDP, İYİ və Səadət partiyaları dördü də əl-ələ, qol-qola yeriyirlər. Mənə dostunu de, sənə kim olduğunu söyləyim... İki ay Afrində biz ləbləbimi istifadə etdik? Mərmilər, bombalar istifadə etdik, silahlı-silahsız, bütün pilotsuz uçuş aparatları ilə terrorçuları yox etdik. Bu sizin üçün nə pomidora, nə badımcana, nə də acı bibərə bənzəməz. Mənim əcdadım Çanaqqalanı fəth edərkən nə yedi, nə içdi - bunu bilirlərmi? Hədəf yayındırırlar. Üç qəpik, 5 qəpik, yeri gəldiyində daha çox verərik, amma biz namərdə bu torpaqları yedirtmərik” , - deyə Ərdoğan çıxışında vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   Çanaqqala   Afrin  





Xəbər lenti