Makron bütün xarici səfərlərindən imtina etdi

  08 Fevral 2019    Oxunub : 1310
 Makron bütün xarici səfərlərindən imtina etdi
Fransa prezidenti Emmanuel Makron “sarı jiletlilər” hərəkatının başlatdığı kütləvi etiraz aksiyalarının ortaya çıxardığı problemlərə həll tapmaq məqsədilə keçiriləcək hökumət iclaslarına rəhbərlik etmək üçün martın 15-dək planlaşdırılan bütün xarici rəsmi səfər və ziyarətlərini təxirə salıb.
Azvision.az xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, ölkədaxili toplantıları idarə etmək üçün Makron martın 15-dək Fransanı tərk etməyəcək.

Fransa prezidentinin təxirə salınan səfərləri sırasında gələn həftə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak və Almaniya kansleri Angela Merkellə görüşü də var.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: “Sarıjiletlilər”   Almaniyia   Fransa