“Brexit” təklifi parlamentdə müzakirəyə çıxarır

“Brexit” təklifi parlamentdə müzakirəyə çıxarır
  07 Fevral 2019    Oxunub:1735
Fevralın 14-də Böyük Britaniya qanunvericiləri ölkənin Avropa İttifaqından çıxması üzrə parlament təklifini müzakirə edəcəklər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) lideri Andrea Ledsom tvitterdə bəyan edib.

Hazırda isə Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişini yenidən müzakirəyə çıxararaq sənəddə dəyişikliklər etmək ümidilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod-Yunker və digər yüksək vəzifəli rəsmilərlə görüşmək üçün Brüsselə gəlib.

Lakin ötən gün Tusk bəyan edib ki, Avropa İttifaqı “Brexit” sazişi üzrə danışıqları yeniləməyəcək və Londona heç bir yeni təklif verməyəcək. Tusk onu da xüsusilə vurğulayıb ki, Britaniyanın İttifaqdan ayrılmasının təhlükəsiz şəkildə həyata keçməsi üçün hətta hansısa bir plan eskizi belə hazırlamadan “Brexit” prosesini təbliğ edən britaniyalı siyasətçilər cəhənnəmdə xüsusi yerə layiqdirlər.
.
Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti