İstanbulda uçqun zamanı 2 nəfər ölüb, yaralılar var

 İstanbulda uçqun zamanı 2 nəfər ölüb,  yaralılar var
  07 Fevral 2019    Oxunub:2215
Türkiyənin İstanbul şəhərində yaşayış binasının çökməsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dağıntılar altında qalanların olduğu bildirilir. Ərazidə xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı istisna edilmir.

Türkiyə parlamentinin sədri Binəli Yıldırım və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə baxış keçiriblər.



1992-ci ildə inşa olunan bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalara əsasən, binada 43 nəfər qeydiyyatda olub.

Ərazidə çəkiliş aparmaq qadağan edilib.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti