MDB Xarici İşlər Nazirləri Şurasının iclası Moskvada keçiriləcək

  06 Fevral 2019    Oxunub : 779
MDB Xarici İşlər Nazirləri Şurasının iclası Moskvada keçiriləcək
MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası aprelin 5-də Moskvada keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, növbəti iclas Türkmənistanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Moskvada keçiriləcək iclasının gündəliyinə İkinci Dünya müharibəsində iştirak etmiş döyüşçülərin məzarlarının və onların xatirəsinə ucaldılmış abidələrin qorunub saxlanması və onlara lazımi qaydada qulluq edilməsi, XİN-lərarası əməkdaşlığın inkişaf etdirilməsi, humanitar sferada və cinayətkarlığa qarşı mübarizə sahəsində dövlətlərarası münasibətlərlə bağlı məsələlər daxil edilib.

Azvision.az

Teqlər: XİN   Moskva   Rusiya