Ankaradan Fransanın “soyqırım” qərarına cavab

Ankaradan Fransanın “soyqırım” qərarına cavab
  06 Fevral 2019    Oxunub:2401
Rəsmi Ankara Fransa prezidenti Emmanuel Makronun 24 apreli “erməni soyqırımını anma günü” elan etməsi ilə bağlı açıqlamasını şiddətlə qınayır.
Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Makronun qərarına münasibət bildirərkən deyib.

“Heç kim Türkiyəni işləmədiyi bir cinayət üzündən ittiham edə və tariximizə ləkə sürə bilməz. Öz ölkəsində siyasi problemlər yaşayan Makronun gündəmi dəyişmək cəhdilə tarixi hadisələri siyasi alət halına gətriməsini rədd edirik. Sözdə erməni soyqırımı iddiaları heç bir hüquqi əsası olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır və Türkiyə üçün heç bir hökmü yoxdur” – Kalin vurğulayıb.

Qeyd edək ki, Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) rəsmi qəbul naharında çıxş edən Makron 24 aprel tarixini “erməni soyqırımını anma günü” elan edib. Bununla da, hər il 24 aprel Fransada qondarma soyqırımın anım günü kimi qeyd ediləcək. Makron onu da bildirib ki, məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı əvvəlcədən məlumatlandırıb.

Fransa 2001-ci ilin 29 yanvarında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan ilk ölkələrdən biridir. 24 aprelin bu uydurma soyqırımın anma günü kimi keçirilməsi isə Makronun seçkiqabağı kampaniyasında verdiyi vədlərdən biri olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Makron   Fransa  





Xəbər lenti