Ermənistan ərəb ölkəsində səfirlik açır

Ermənistan ərəb ölkəsində səfirlik açır
  06 Fevral 2019    Oxunub:2266
Ermənistan körfəz ərəb ölkəsi olan Qətərdə öz səfirliyini açacaq.
Azvision.az xəbər verir ki, bu barədə qərar Ermənistan parlamentinin bugünkü iclasında qəbul olunub. Səfirliyin binası Qətərin paytaxtı Dohada yerləşəcək.

Qeyd olunur ki, Ermənistanın Dohada diplomatik missisiyasını açacağı təqdirdə, Qətər höluməti də adekvatlıq prinsipi üzrə İrəvanda səfirlik açacağını bildirib.

Ermənistanın Qətərdəki səfirliyinin saxlanılması üçün İrəvan illik 193 min ABŞ dolları xərc çəkməlidir. Lakin rəsmi Doha yaxın 3 il ərzində həmin illik xərclərin 110 min dollarını öz boynuna götürüb. Qətər həmçinin, Ermənistan səfiri üçün iqamətgah və iki avtomobil də təqdim etməyə hazır olduğunu deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Qətər  





Xəbər lenti