Səudiyyə və BƏƏ ABŞ silahlarını terrorçulara satır
“Səudiyyə Ərəbistanı və onun koalisiyadakı başlıca müttəfiqi olan BƏƏ onlara qarşı sədaqət qarşılığında Yəməndəki müxtəlif qəbilə və qruplaşmalara ABŞ istehsalı olan silah və zirehli texnika veriblər. Reallıqda isə Pentaqon satılan silah və texnologiyaların üçüncü tərəfə ötürülməsini qadağan edir” – araşdırmada deyilir.
Telekanal vurğulayır ki, müttəfiqlərinə silah satışı naminə ABŞ özünün qoyduğu qaydaların Səudiyyə və BƏƏ tərəfindən pozulmalarına göz yumur.
Həmçinin, Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyasının 2015-ci ildə “TOW” tipli tank əleyhinə raketlərin də olduğu silah paketini havadan Yəmən hökumətini dəstəkləyən qüvvələrə atdığı, lakin silahların terror qruplaşmalarını əlinə keçdiyi bildirilir. CNN vurğulayıb ki, silahların atıldığı daimi ərazidə araşdırma aparmaq istəyiblər, amma yerli orqanlar onlara icazə verməyiblər.
Telekanala müsahibə verən anonim rəsmilər isə etiraf ediblər ki, “TOW” raketləri və ABŞ istehsalı olan digər silahlar pul qarşılığında "Əl-Qaidə"nin Ərəb yarımadasındakı qoluna satılıb.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Səudiyyə BƏƏ ABŞ Yəmən Əl-Qaidə