Aİ Dəməşqə şərt qoydu

Aİ Dəməşqə şərt qoydu
  04 Fevral 2019    Oxunub:1755
Avropa İttifaqının (Aİ) Bəşər Əsəd rejimi ilə münasibətlərini normallaşdırması üçün ilkin şərti Suriyadakı münaqişənin məhz BMT-nin himayəsi altında siyasi yolla həllinə nail olunmasıdır.
Azvision.az xəbər verir ki, Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Ərəb Dövlətləri Liqası nümayənədələri ilə məsələhətləşmələr zamanı bu cür bəyanatla çıxış edib.

“Yalnız BMT-nin himayəsi altında keçiriləcək danışıqlar nəticəsində əldə olunacaq siyasi həll Suriyaya sülh gətirə bilər. Bizim üçün bu, Dəməşqlə münasibətlərimizin normallaşması və bərpası üçün ilkin şərtdir. Bununla belə, Aİ çox sayda suriyalı qaçqına ev sahibliyi edən ölkələrə dəstəyini davam etdirəcək” – Moqerini vurğulayıb.

Aİ rəsmisi həmçinin ümid edib ki, 12-14 mart tarixlərində Suriyanın gələcəyi ilə bağlı keçiriləcək III Beynəlxalq Konfransda bütün dövlətlər iştirak edəcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Avropaİttifaqı  





Xəbər lenti