Ermənistanda polislə sakinlər arasında qarşıdurma - VİDEO
Buna hiddətlənən kənd sakinlərinin aksiyası daha da genişlənib. Vəziyyətin nəzarətdən çıxdığını görən “Mənim addımım” blokunun deputatı Taqui Kazaryan təcili kəndə gələrək etirazçıların nümayəndələri və kənd rəhbəri ilə görüş keçirib. Amma deputat daha sonra KİV-ə açıqlamasında bildirib ki, danışıqlar zamanı heç bir razılığa gəlmək mümkün olmayıb: “Əgər desəm ki, söhbət rəvan keçdi və konstruktiv həll yolu tapıldı, onda sadəcə yalan danışmış olacağam”.
Deputatın sözlərinə görə, problem kənd rəhbərinin bundan əvvəlki aksiya zamanı onun istefası tələbinin irəli sürüldüyü sənədə imza atanlara qarşı təzyiq siyasətini işə salmasındadır.
Qeyd edək ki, Arşaluys sakinləri uzun müddətdir kənd icmasının rəhbəri Zarzanda Qriqoryanın istefaya getməsini tələb edirlər. Zarzanda Qriqoryan “Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri, Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törətmiş general Manvel Qriqoryanın qardaşı oğludur. Ötən il o, külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunaraq həbs edilmiş, lakin dekabrda azadlığa buraxılmışdı. Buna etiraz edən ermənilər hökumətdən generalın yenidən həbsə atılmasını tələb edirlər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan