“Qardaşım İlham Əliyev sağ olsun, onu bizə təslim etdi” - Ərdoğan

“Qardaşım İlham Əliyev sağ olsun, onu bizə təslim etdi” -  Ərdoğan
  04 Fevral 2019    Oxunub:3720
“FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik. Çünki, bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Ərdoğan FETÖ-nün ABŞ Konqresində adamlarının olduğunu da diqqətə çatdırıb: “Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm. Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Ona (Fətulah Gülən-red) inanan, arxasınca gedən şəxslər var. Onlar həqiqəti öyrənməlidirlər”.

Ərdoğan, həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar: “Ən son Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini sağ olsun qardaşım İlham Əliyev təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ərdoğan   FETÖ   İlham-Əliyev  





Xəbər lenti