Pentaqon Meksika ilə sərhədə yeni qoşun göndərir

Pentaqon Meksika ilə sərhədə yeni qoşun göndərir
  04 Fevral 2019    Oxunub:1581
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Mərkəzi Amerika ölkələrindən gələn qanunsuz miqrantların ABŞ-a girişini əngəlləmək üçün Meksika ilə sərhəddinə əlavə 3 min 750 nəfər hərbçi göndərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat ximətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, göndəriləcək yeni hərbçilər ABŞ Sərhəd Mühafizə Xidmətinə kömək olaraq 90 gün ərzində Meksika ilə sərhəddin təhlükəsizliyini təmin edəcək, eyni zamanda mobil müşahidə missiyasını həyata keçirəcəklər.

Ötən ilin oktyabrından etibarən Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışan bir neçə karvandan ibarət minlərlə miqrant ABŞ-da sığınacaq tapmaq üçün Meksikadan keçərək Amerika sərhədlərinə gediblər. Bu proses indi də davam edir və ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 12 min qanunsuz miqrantın ölkəyə keçmək istədiyini açıqlayıb.

Miqrantların Amerikaya qanunsuz girişinin qarşısını almaq və cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ prezidenti Donald Tramp 15 min hərbçini Meksika ilə sərhəddə yığıb. Onlardan bir qismi yanvarın 31-də xidmətlərini başa vuraraq geri dönüblər.

ABŞ hökumətinin rəsmi statistikasına əsasən, ötən il 93 min miqrant ABŞ-ın Meksika ilə cənub sərhəddinə gələrək sığınacaq tələb etmişdi. ABŞ-da bir aydan çox davam edən “şatdaun” prosesinin səbəbi də elə məhz miqrant probleminə görə prezident Donald Ttrampın Meksika ilə sərhəddə divar tikilməsinə büdcədən 5,7 milyard dollar ayrılmasını tələb etməsi idi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   Pentaqon   ABŞ  





Xəbər lenti