Moskvada yanğında ölənlərin sayı 6-ya çatıb - Yenilənib

Moskvada yanğında ölənlərin sayı 6-ya çatıb -  Yenilənib
  04 Fevral 2019    Oxunub:3744
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yaşayış binasında baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 6 nəfərə çatıb.

Azvision.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Baş istintaq idarəsinin Moskva üzrə nümayəndəsi Yuliya İvanova bildirib.
O, qeyd edib ki, yanğın yerinə baxış zamanı daha iki nəfərin cəsədi aşkar edilib: "Onlardan biri yetkinlik yaşına çatmayan şəxsdir. Bununla da, ölənlərin sayı altı nəfərə çatıb. Hadisə yerinə baxış davam edir".

***

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yaşayış binasında güclü yanğın baş verib. Azvision.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanğın 200 kv.m məsafəni əhatə edib. Nikitin bulvarında yanan evdən 42 nəfər təxliyə edilib. Təxliyə olunanlardan 8-i uşaqdır. Hadisə yerində xilasedicilər işləyir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Moskva   Yanğın  





Xəbər lenti