Rusiyada uşaqların olduğu avtobus aşıb - 7 ölü (Yenilənib)

Rusiyada uşaqların olduğu avtobus aşıb -  7 ölü (Yenilənib)
  03 Fevral 2019    Oxunub:4079
Bu gün səhər saatlarında Kaluqa vilayətində baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, həlak olanlardan 4-ü uşaqdır. Ölü sayının artacağı istisna edilmir.


***
(13:20)

Rusiyanın Kaluqa vilayətində uşaqları daşıyan avtobus aşıb.

Azvision.az xəbər verir ki, hadisə Kaluqa-Vyazma yolunda baş verib. Qəza nəticəsinə 20 uşaq xəsarət alıb, bir nəfərin öldüyü bildirilir.

Məlumata görə, qəzaya uğrayan avtobusda 48 sərnişin olub. Onlardan 33-ü idman yarışına gedən uşaqlardır.

Azvision.az



Teqlər: Rusiya   Qəza   Avtobus  





Xəbər lenti