Misirdə içərisində 40 mumiya olan nekropol aşkarlanıb - FOTO

   Misirdə içərisində 40 mumiya olan nekropol aşkarlanıb -    FOTO
  03 Fevral 2019    Oxunub:2853
Qahirənin 250 metr yaxınlığında Əl-Minya əyalətinin Tuna əl-Qəbəl rayonunda içərisində 40 mumiya, bəzək əşyaları və qızıl maska olan nekropol aşkarlanıb.
Bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Anani bildirib. Onun sözlərinə görə, bu, cari ildə ilk arxeoloji tapıntıdır.

Yerin təxminən 10 metr dərinliyində müxtəlif yaş və sosial statusa malik mumiyalar olan sərdabalar tapılıb. Belə ki, bəzi mumiyalar kətan parçalara bükülərək daş və ya taxta sərdabaya qoyulub, bəziləri torpağa, digərləri isə döşəməyə və ya yeraltı taxçaya uzadılıblar. Bu qədər böyük müddətin keçməsinə baxmayaraq, mumiyalar yaxşı vəziyyətdə qalıblar. Mumiyaların onu uşaqlara aiddir. İnsan qalıqlarından əlavə, qəbiristanlıqda papiruslar, gil qab-qacaq və mumiyalar üçün rənglənmiş sərdabalar da aşkar edilib. (AzərTAc)



Azvision.az



Teqlər: Misir  





Xəbər lenti