Meksikadakı partlayışda ölü sayı 120-yə çatıb

Meksikadakı partlayışda ölü sayı 120-yə çatıb
  01 Fevral 2019    Oxunub:1812
Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bundan əvvəl isə 114 nəfərin öldüyü bildirilirdi.

Məlumatına görə, 68 nəfər partlayış zamanı ölüb, 52 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, daha sonra yanğın başlayıb. Hadisə kəmərin qanunsuz kəsilmiş yerində benzin yığmaq üçün azı 350 sakinin toplaşdığı vaxt baş verib.

Azvision.az



Teqlər: Meksiya   Partlayış  





Xəbər lenti