Türkiyədə azərbaycanlılar arasında qan davası - 5 nəfər öldürülüb

Türkiyədə azərbaycanlılar arasında qan davası - 5 nəfər öldürülüb
  31 Yanvar 2019    Oxunub:13967
Türkiyədə qisas məqsədilə qətllər törədən azərbaycanılıların cinayəti polis tərəfindən ifşa edilib.

Azvision.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, ilk hadisə Gaziosmanpaşa Hürriyyət Məhəlləsində 8 avqust 2018-ci il tarixində, saat 10.30 radələrində baş verib.
Belə ki, Azərbaycan əsilli Gəncəli Əliyev silahlı hücuma məruz qalıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Şübhəli şəxs hadisə yerindən qaça bilib. Faktla bağlı polis əməliyyat istintaq tədbirləri həyata keçirib. Məlum olub ki, Gəncəli Əliyevi həmyerlimiz qətlə yetirib. Cinayət Bürosu tərəfindən aparılan araşdırıma zamanı müəyyən edilib ki, hadisənin baş verdiyi yerdə yaşayan Azərbaycan əsilli şəxslər arasında qisas məqsədilə bir neçə dəfə cinayət törədilib.

Polis Gəncəli Əliyevi öldürdüyü iddia edilən şəxsin izni Bezimalem Vəqf Universitetinin Tibb Fakültəsinin Xəstəxanasında tapıb. Uşağını müalicə üçün gətirən şübhəli Sahib M. (31 yaşlı) xəstəxandan çıxarkən saxlanılıb. Polislər, həmçinin şübhəlinin yanında olan Turan M. (39 yaşlı ) ilə Rishal H. (39 yaşlı ) adlı şəxsləri də tutublar.

Qeyd olunub ki, 2015-ci ildə Sultanqazidə Sahibin qardaşı Ramil G.Natiq və atası "Yapon" tərəfindən silahla vurularaq öldürülüb. 15 Yanvar 2017 tarixində Sahib qardaşının öldürülməsində günahkar bildiyi Misirxan Əliyevi Gaziosmanpaşada yanındakı iki dostu ilə güllələyərək qətlə yetirib. Daha sonra Sahib 8 avqust 2018-ci il tarixində Gəncəli Əliyevə qarşı Gaziosmanpaşada təşkil etdiyi silahlı hücum nəticəsində öldürüb.

22 avqust 2018-ci il tarixində Gaziosmanpaşada Sahibin qohumu Ramil Məmmədov qətlə yetirilib. Bu qətldə şübhəli bilinən A.Asif saxlanılıb. 7 oktyabr 2018-ci ildə isə yenə Gaziosmanpaşada Ruhil Ağayev Sahibin qohumları Qasım və qardaşı Mübariz tərəfindən təşkil olunan silahlı hücuma məruz qalıb. Ruhil də silahlı hücumdan canını sağ qutara bilməyib..

Dindirilmə zamanı Sahib M. ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. Onun barəsində həbs qərarı çıxarılıb. Turan M. və Rişal H. isə azadlığa buraxılıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Türkiyə   Qətl  





Xəbər lenti