Kanada Kubadakı diplomatlarının yarısını geri çağırır

 Kanada Kubadakı diplomatlarının yarısını geri çağırır
  31 Yanvar 2019    Oxunub:2361
Kanada Kubadakı səfirliyində çalışan diplomatik heyətinin tərkibini yarıyadək ixtisar etmək qərarına gəlib.
Azvision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, buna səbəb daha bir kanadalı dilomatın Kubada müəmmalı xəstəliyə yoluxmasıdır.

Qeyd olunur ki, Kanada 2017-ci ilin əvvəlindən etibarən Kubadakı səfirliyində çalışan əməkdaşlarının səhhətində müəmmalı problemlərin yaranması ilə bağlı 14 hal müəyyənləşdirib. Lakin diplomatik missiyasında çalışan diplomatlarını yarıyadək azaltmasına baxmayaraq, Kanadanın Havanadakı səfiri işini davam etdirəcək və bütün konsulluq xidmətləri əvvəlkitək əlçatan olacaq.

Bundan əvvəl Kubadakı ABŞ səfirliyinin 26 əməkdaşında da beyin sarsıntısı daxil olmaqla, bir sıra qəribə simptomlar aşkarlanmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kanada   Kuba   ABŞ  





Xəbər lenti