"Biz artıq Avropa İttifaqı ilə razılığa gəlmişik" - Tereza Mey

"Biz artıq Avropa İttifaqı ilə razılığa gəlmişik" -  Tereza Mey
  30 Yanvar 2019    Oxunub:2762
Böyük Britaniyanın balıqçılıq sularına giriş məsələsi Avropa İttifaqı (Aİ) ilə hansısa danışıqlarda müzakirə mövzusu ola bilməz.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

Britaniyalı parlamentarilərin “Brexit” sazişinə mümkün dəyişikliklər edilməsilə bağlı tələbi qarşısında Mey əvvəlki mövqeyindən fərqli olaraq bildirib ki, ölkəsinin Avropa İttifaqından ayrılma sazişi üzrə Brüssellə yenidən danışıqlar aparmağa hazırdır.

Lakin Britaniya deputatları “Brexit” sazişi üzrə danışıqların yenilənməsi qarşılığında Aİ ölkələrinin də Birləşmiş Krallığın balıqçılıq sularına giriş tələb edəcəyinə diqqət çəkərək, buna icazə verilməyəcəyilə bağlı baş nazirdən zəmanət istəyiblər.

“Mənim bu mövzuya dair mövqeyim olduqca aydındır. Biz bununla bağlı artıq Aİ ilə razılığa gəlmişik və məsələ yeni danışıqların müzakirəsinə çıxarılmayacaq” – Mey bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropaİttifaqı   Britaniya  





Xəbər lenti