Azərbaycanda tutulan FETÖ-çü Türkiyəyə təhvil verilib

 Azərbaycanda tutulan FETÖ-çü Türkiyəyə təhvil verilib
  30 Yanvar 2019    Oxunub:2152
Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı nümayəndələrindən biri, fəaliyyəti dayandırılan "Zaman" qəzetinin rəhbəri İbrahim E. Türkiyəyə təhvil verilib.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İbrahim E. FETÖ-nün Azərbaycandakı əsas simalarından biri olub. O, bir neçə gün öncə iki polis əməkdaşının müşayiəti altında təyyarə ilə İstanbula aparılıb.
Hazırda saxlanılan FETÖ-çü barəsində Ankara Prokurorluğunun Terrorla Mübarizə İdarəsində istintaq aparılır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: FETÖ  





Xəbər lenti