ATƏT PA-nın komitə sədri İrəvandan araşdırma tələb etdi

  ATƏT PA-nın komitə sədri İrəvandan araşdırma tələb etdi
  30 Yanvar 2019    Oxunub:2752
ATƏT PA-nın İnsan hüquqları və demokratiya Komitəsinin sədri Marqareta Helen Keyner Ermənistanda aclıq aksiyası nəticəsində həbsxanada ölən siyasi məhbus Mqer Yeqizaryanla bağlı rəsmi İrəvana məktub göndərib.
Azvision.az xəbər verir ki, ATƏT PA-nın rəsmi "Tviter" hesabında məlumat verilib.

Komitə sədri Yeqizaryanın aclıq aksiyası nəticəsində faciəli şəkildə ölməsindən narahat olduğunu və bu məsələnin araşdırılmasını tələb edib.

Xatırladaq ki, dünən ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Ermənistanda həbsxanada ölən siyasi məhbus Mqer Yeqizaryanla bağlı məsələni ictimailəşdirmiş və beynəlxalq təşkilatların bu dəhşətli hadisyə laqeyd qalmasını qəbul edilməz olduğunu bildirmişdi. Bu gün isə ATƏT PA məsələyə münasibət bildirərək narahatlığını ifadə edib və rəsmi İrəvandan məhbusun ölümü ilə bağlı izahat istəyib.



Azvision.az



Teqlər: ATƏT-PA   İrəvan  





Xəbər lenti