İran ittihamları rədd etdi: “Belə bir niyyətimiz yoxdur”

İran ittihamları rədd etdi:    “Belə bir niyyətimiz yoxdur”
  29 Yanvar 2019    Oxunub:2523
İranın öz ballistik raketlərinin hədəf diapazonunu genişləndirərək nüvə başlığı daşıya bilən uzaqmənzilli ballistik raketlər hazırlamaq niyyəti yoxdur.
Azvision.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, ali dini lider Ayatulla Xameneyinin yaxın adamlarından olan Əli Şamxani bəyan edib. O, həmçinin bildirib ki, Tehran raketlərinin hədəfi vurma dəqiqliyini təkmilləşdirəcək və bunun üçün də özünün peyk texnologiyasını inkişaf etdirəcək.

“Öz hərbi raketlərinin hədəf diapazonunu genişləndirməsi üçün İranın heç bir elmi, yaxud əməliyyat məhdudiyyəti yoxdur. Amma özünün müdafiə doktrinasına uyğun olaraq, İran raketlərinin dəqiqliyini artırmaq üzərində davamlı olaraq işləyir və onların hədəf diapazonunu genişləndirmək niyyəti yoxdur”, - deyə Şamxani vurğulayıb.

Bundan əvvəl isə İranın müdafiə naziri Əmir Hatəmi ABŞ və Avropanın Tehranın ballistik raket proqramı ilə bağlı çağırışlarını rədd edərək bəyan etmişdi ki, ölkəsinin raket imkanları müzakirə mövzusu ola bilməz.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti