Fələstin hökuməti istefa verdi

 Fələstin hökuməti istefa verdi
  29 Yanvar 2019    Oxunub:1718
Baş nazir Rami əl-Həmdallahın rəhbərlik etdiyi Fələstin hökuməti istefa verib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rami əl-Həmdallah özü nazirlər kabinetinin bugünkü iclasında bəyan edib. O, bildirib ki, özünün və hökumətin istefa ərizəsini Fələstin prezidenti Mahmud Abbasa təqdim edib.

İstefaya çıxan baş nazir onu da əlavə edib ki, Fələstin xalqının inamını və cəmiyyətdə təmsil olunan bütün fraksiya və qüvvələrin səmimi dəstəyini qazanan yeni nazirlər kabineti formalaşanadək hazırkı hökumət səlahiyyətlərinin icrasını və xalqa xidməti davam etdirəcək.

Qeyd edək ki, Rami əl-Həmdallah 2014-cü ildən bəri Fələstin hökumətinə başçılıq edib. Onun və hökumətin istefasının Qəzzadakı “Həmas” radikal hərəkatı ilə Ramalla arasındakı barışıq cəhdlərinə zərbə vuracağı istisna edilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Həmas   Qəzza   Fələstin  





Xəbər lenti