“Xəzər regionuna görə yalnız 5 ölkə məsuliyyət daşımalıdır” - Lavrov

“Xəzər regionuna görə yalnız 5 ölkə məsuliyyət daşımalıdır” -  Lavrov
  29 Yanvar 2019    Oxunub:2267
Xəzəryanı region orada bütün baş verənlərə görə yalnız “Xəzər beşliyi”nin – Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın məsuliyyət daşıdığı region olaraq qalmalıdır.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Həştərxan əyalətinin qubernatoru səlahiyyətlərinin müvəqqəti icraçısı Sergey Morozovla görüşündə bəyan edib.
“Xəzər regionu yaxşı mənada xüsusi narahatlıq predmetidir. Yəni bununla mən bu regionda bütün Xəzəryanı dövlətlər arasında tam əməkdaşlığın inkişafını nəzərdə tuturam. Çoxillik danışıqlardan sonra ötən il Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı. Amma Konvensiyanın əsas prinsipləri hələ 2014-cü ildə Həştərxandakı IV Xəzər sammitində razılaşdırılmışdı. Ona görə də, sizin regionun (Həştərxan əyaləti) simvolik rolu var və böyük praktiki əhəmiyyətə malikdir. Rusiya ilə yanaşı, “Xəzər beşliyi”nin iştirakçısı olan bütün digər ölkələr – Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan xarici siyasətimizin digər istiqamətləri üzrə bizim yaxşı tərəfdaşlarımızdır. Bizim üçün olduqca vacibdir ki, Konvensiyada nəzərdə tutulduğu kimi, Xəzər regionu orada bütün baş verənlərə görə “Xəzər beşliyi”nin məsuliyyət daşıdığı region olaraq qalsın”, - deyə Lavrov vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Xəzər   Rusiya  





Xəbər lenti