Gürcüstan prezidenti: “Putinlə danışmağın mənası yoxdur”

    Gürcüstan prezidenti: “Putinlə danışmağın mənası yoxdur”
  29 Yanvar 2019    Oxunub:2337
“Nə qədər ki, gürcüstanın əraziləri işğaldadır, Rusiya ilə dialoqun aparılması yolverilməzdir.”

Azvision.az xəbər verri ki, bunu Gürcüstanın yeni prezidenti Salome Zurabişvili “Euradio France”a müsahibəsində deyib.
“Nə qədər ki, Moskvanın işğal xəttini tərpətməyə hazır olduğuna dair Rusiya hökumətindən mesaj gəlməyəcək və bizim amerikalı və avropalı müttəfiqlərimizdən heç bir işarə olmayacaq, fikrimcə, Rusiya ilə dialoqun heç bir mənası yoxdur. Başa düşə bilmirəm ki, bu dialoqun hansı müsbət nəticəsi nə olacaq və ya davranışları getdikcə sərtləşən Putinlə danışmağın nə mənası var. Bir diplomat kimi hesab edirəm ki, əgər nəticəyə nail olmaq istəyiriksə, onda dialoqdan imtina edə bilmərik. Amma bunun üçün gərək müvafiq kontekst və mühüm tərkib elementləri olsun” – Zurabişvili vurğulayıb.

Gürcüstan prezidentinin sözlərinə görə, bu gün Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil. “Niyə Rusiya aqressiv fəaliyyətini davam etdirir?” sualına gəlincə isə, Zurabişvili bildirib: “Moskvada sadəcə başqa bir şey icad edə bilmirlər. Rusiya hökuməti imperialist və ardınca da sovetlərin “parçala və hökm sür” xəttini davam etdirir. Onların alternativ siyasəti yoxdur.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gürcüstan   Rusiya  





Xəbər lenti