Fransa hipersonik silah istehsalına başlayır

 Fransa hipersonik silah istehsalına başlayır
  28 Yanvar 2019    Oxunub:1872
Fransa öz istehsalı olan hipersonik silahın yaradılması üzrə milli proqramın həyata keçirilməsinə start verib.
Azvision.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Florans Parli bəyan edib. Onun sözlərinə görə, hazırda hipersonik planerin (havadan ağır motorsuz uçuş aparatı) prototipinin hazırlanması üçün müqavilə imzalanması planlaşdırılır. Hazırlanacaq yeni hipersonik silah planeri saatda 6 min kilometrdən çox sürətlə uça biləcək və ilk sınaq uçuşu isə 2021-ci ildə həyata keçiriləcək.

Fransalı nazir vurğulayıb ki, hazırda BMT-nin 5 daimi üzvündən üçü – ABŞ, Rusiya və Çin artıq özlərinin hipersonik silahlarının hazırlanması üçün proqramlar reallaşdırırlar və belə vəziyyətdə Fransa sadəcə oturub gözləyə bilməz.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Fransa   Hipersonik   ABŞ   Rusiya   Çin  





Xəbər lenti