Meksikadakı partlayışda ölü sayı 114-ə çatdı

Meksikadakı partlayışda ölü sayı 114-ə çatdı
  27 Yanvar 2019    Oxunub:1639
Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 114 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bundan əvvəl hadisə zamanı 109 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, daha sonra yanğın başlayıb. Hadisə kəmərin qanunsuz kəsilmiş yerində benzin yığmaq üçün azı 350 sakinin toplaşdığı vaxt baş verib.

Azvision.az



Teqlər: Meksiya  





Xəbər lenti