Fransada etirazçılar polis məntəqəsinə basqın ediblər

Fransada etirazçılar polis məntəqəsinə basqın ediblər
  27 Yanvar 2019    Oxunub:1726
Fransada “Sarı jiletlilər” aksiyasının üzvləri Evri şəhərinin polis məntəqəsinə daxil olublar.
Azvision.az TASS -a istinadən xəbər verir ki, insident yerli vaxtla saat 12:35-də baş verib. Təxminən bir saatdan sonra polislər aksiya iştirakçılarını idarədən çıxara biliblər.

Məlumata görə, digər etirazçı qrup isə şəhər meriyası yaxınlığında dörd avtomobili yandırıb.

Qeyd edək ki, bu gün Fransada “sarı jiletlilər” növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyalara ölkə üzrə 69 min nəfər qatılıb.

Azvision.az



Teqlər: Fransa   Etiraz  





Xəbər lenti