Azərbaycanlı deputatlar AŞPA-da vitse-prezident seçildilər

Azərbaycanlı deputatlar AŞPA-da vitse-prezident seçildilər
  26 Yanvar 2019    Oxunub:1527
AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva ADQ-nin yenidən vitse-prezidentləri seçiliblər, Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.
Azvision.az xəbər verir ki, Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 4 nəfər seçilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib.

Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.

Azvision.az



Teqlər: AŞPA  





Xəbər lenti