Paşinyan Merkellə görüşə gedir

 Paşinyan Merkellə görüşə gedir
  26 Yanvar 2019    Oxunub:2646
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 1-də Berlinə səfəri çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşəcək.

Azvision.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibi Şteffen Zaybert məlumat verib.
Qeyd edib ki, nahar formatında keçiriləcək görüş zamanı hər iki ölkənin lideri Almaniya-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafı. o cümlədən Ermənistanın Avropa İttifaqına inteqrasiyası barədə müzakirələr aparacaq.

Görüşdən sonra Merkellə Paşinyan birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.

Xatırladaq ki, Merkellə Paşinyanın ilk təkbətək görüşü 2018-ci ilin avqustunda Almaniya kanslerinin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində baş tutmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Almaniya  





Xəbər lenti