130-dan çox aviareys havaya görə ləğv edildi

  25 Yanvar 2019    Oxunub : 1052
130-dan çox aviareys havaya görə ləğv edildi
“Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar 130-dan çox reysi ləğv edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Moskvadan London, İstanbul, Buxarest, Roma, Milan, Helsinki, Tallin və geriyə, habelə Avropanın və Rusiyanın digər şəhərlərinə olan reyslər dayandırılıb. Bundan başqa, 171 reysin vaxtı dəyişdiriləcək.

Azvision.az

Teqlər: Aviareys