BMT sülhməramlıları minaya düşüb: Ölən və yaralılar var

BMT sülhməramlıları minaya düşüb:  Ölən və yaralılar var
  25 Yanvar 2019    Oxunub:2180
Birləşmiş Millətlər Təşkilatının (BMT) Malidə təhlükəsizliyin təmininə dəstək göstərən sülhməramlı missiyasının 2 hərbçisi ölüb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, hadisəyə səbəb BMT sülhməramlı maşın karvanının Malinin Mopti rayonunda minaya düşməsi olub. Mina partlayışı nəticəsində Şri-Lankadan olan 2 sülhməramlı ölüb, bir neçəsi isə yaralanıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Mali   BMT  





Xəbər lenti