Fransa İranı yeni sanksiyalarla hədələdi

   Fransa İranı yeni sanksiyalarla hədələdi
  25 Yanvar 2019    Oxunub:2276
"Əgər Tehranın ballistik raket proqramı ilə bağlı danışıqlarda heç bir irəliləyiş olmasa, Fransa İrana qarşı yeni sanksiyalar tətbiq edəcək"
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian jurnalistlərə açıqlamasında deyib.

“Əgər danışıqlar nəticə verməsə, biz sanksiyalar tətbiq etməyə hazırıq və İran bunu bilir”,- deyə nazir vurğulayıb.

Bir neçə avropalı diplomat isə “Reuters” agentliyinə bildirib ki, Fransa ilə yanaşı, Böyük Britaniya və Avropa İttifaqının digər ölkələri İrana qarşı yeni iqtisadi sanksiyaları nəzərdən keçirirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Britaniya   Fransa   Avropaİttifaqı  





Xəbər lenti