Latviya XİN rəhbəri: “Qarabağ münaqişəsi həll olunmalıdır”

      Latviya XİN rəhbəri:    “Qarabağ münaqişəsi həll olunmalıdır”
  24 Yanvar 2019    Oxunub:2158
Ermənistanla Azərbaycan arasındakı uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Azvision.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqar Rinkeviç ölkə parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyinin təmini baxımından Avropanın başlıca tərəfdaşlarındandır. Eyni zamanda, Ermənistan da Gürcüstan kimi avroatlantik institutlara aktiv inteqrasiya yolunu tutub. Bu baxımdan, Latviya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında maraqlıdır.

“Latviya Azərbaycanın Avropanın enerji təchizatının diversifikasiyasında oynadığı mühüm rolu yüksək qiymətləndirir. Ermənistan isə Gürcüstanın yolu ilə gedərək avroatlantik institutlara aktiv inteqrasiya yolunu tutub. Bu baxımdan hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində axtarışların davam etdirilməsi olduqca vacibdir” – Rinkeviç vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Latviya  





Xəbər lenti